SUMQAYITLILARA MÜJDƏ: Bu sahədə çalışanlar üçün Sumqayıtda 5 yaşayış binası tikiləcək

2991

İlin əvvəlinə SOCAR üzrə 3 min 328 nəfər işçi mənzil uçotunda olub.

Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

Hesabata görə, onların 442 nəfəri respublikanın müxtəlif rayonlarında – Siyəzən, İmişli, Kürdəmir, Salyan, Neftçala və Şirvan şəhərində, 2 min 886 nəfəri isə Bakıdadır. Bakı şəhəri üzrə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlardan 86 nəfəri SOCAR-ın Təqaüd Proqramı üzrə təhsilini başa vurub SOCAR-da işlə təmin olunmuş gənc mütəxəssislərdir.

Eyni zamanda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində mənzil uçotunda olanlar üçün Sumqayıt şəhəri, A.Quliyev küçəsində 9 mərtəbəli 100 mənzilli 2 yaşayış binası və S.Vurğun küçəsində 9 mərtəbəli 172 mənzilli 3 yaşayış binalarının tikintisi üçün layihə-smeta sənədləri tam yekunlaşdırılıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər