Sumqayıtlılardan 51 metrlik tort

1025

Prezidentin doğum günü üçün…
Sumqayıt şəhər İcra Hakimiyyətinin Prezidentin 51 yaşı ilə bağlı hazırladığı uzunluğu 51 metr olan tortun çəkisi 11 tondur.

“Qafqazinfo”nun məlumatına görə, artıq sosial şəbəkələrdə tortun fotoları yayımlanıb. Tortun hazırlanması üçün 22 min yumurtadan, 2 tona yaxın undan, 1.5 ton şəkərdən, 310 kiloqram qozdan istifadə edilib.

Tortun üzərində bu il Bakıda keçirilmiş «Eurovision -2012» mahnı müsabiqəsinə qatılan iştirakçıların səhnə görüntüləri də əks olunub. 51 metrlik tortun ortasında Bakı Kristal Zalının 6 metrlik əksi də var.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün Sumqayıta səfər edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər