“sumqayitxeber.com” saytının baş redaktoru dəyişdi

668

Sumqayıtın ilk online qəzeti “sumqayitxeber.com” saytında kadr dəyişikliyi edilib. Saytın baş redaktoru vəzifəsinə Eyvaz Qocayevin əvəzinə sumqayıtlı gənc yazar Səbinə Məmmədova təyin edilib. Bundan sonra E.Qocayev saytın təsisiçisi olaraq qalacaq.

Qeyd edək ki, Səbinə Məmmədova buna qədər “168 saat” qəzetində çalışıb. Əsasən ədəbi yazılarla çıxış edən S.Məmmədova (Dəniz) bir neçə ədəbiyyat müsabiqəsinin qalibi olub.

Saytın təsisçisi Eyvaz Qocayev saytın bundan sonrakı fəaliyyəti barədə bunları deyib: ““sumqayitxeber.com” Sumqayıtda yetərincə tanınır. İnanıram ki, saytın yeni baş redaktorunun ortaya qoyduğu iş nəticəsində sayt yalnız regional informasiyaların əsas mənbəyinə çevrilməyəcək, eyni zamanda problematik məsələlərlə bağlı araşdırmalar da təqdim olunacaq, medianın cəmiyyətə və idarəedici, icraedici qurumlara təsiri baxımından da həlledici amil kimi çıxış edəcək”.

Saytın baş redaktoru S.Məmmədova isə bildirib ki, ümidvarıq ki, hər kəs Sumqayıtla bağlı informasiyaları bizdə axtaracaq və bizdə tapacaq: “Velosiped kəşf etməyə ehtiyac yoxdur. Ənənələri davam etdirməklə yanaşı sadəcə onu zənginləşdirmək lazımdır”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər