Martın 31-də saat 22.00 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Sülh küçəsində Elçin İmanovun idarə etdiyi “VAZ-2107” ilə Əkbər Mahmudovun idarə etdiyi “Chevrolet” markalı avtomaşınlar toqquşub. Nəticədə E.İmanov hadisə yerində ölüb, Ə.Mahmudovun xəsarət almış sərnişinləri – Bakı şəhər sakinləri Şərqiyə Məhərrəmova və onun bacısı Solmaz isə xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.