Suriya əməliyyatında Türkiyəyə dəstək olmaq istəyən könüllülərimiz – qanunlarımız nə deyir?

1229

Yeni Müsavat Qəzeti
₽Электронный обменник для Bitcoin!Содействие в подборе финансовых услуг/организаций

Suriya əməliyyatında Türkiyəyə dəstək olmaq istəyən könüllülərimiz – qanunlarımız nə deyir?
Türkiyə ordusunun Suriyada keçirdiyi antiterror əməliyyatı Azərbaycanda da həyəcanla, diqqətlə izlənilir. Artıq qardaş ölkənin ordusunun sıralarında döyüşmək istəyən könüllülər də var və onların sayı artmaqdadır. Bununla bağlı 12 oktyabrda Gəncliyə Yardım Fondunda Türk ordusu sıralarında döyüşmək istəyən vətənpərvərlərin aksiyası keçirilib.

Bu barədə müsavat.com-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib: “Artıq 1000-dən artıq gənc, qazi və ehtiyatda olan zabitlərimiz müraciət edib. Lakin müraciət edənlərin sayı günü-gündən artır. Mən əminəm ki, tezliklə bu rəqəm 10 min nəfərin üzərində olacaq. Artıq Türkiyədə döyüşmək istəyən qardaşlarımız öz təşəbbüsləri ilə hərbi geyim də hazırlayıblar. Hərbi geyimin bir qolunda Azərbaycan, digər qolunda Türkiyə bayraqları əksini tapıb. Onlar açıq şəkildə bəyan edirlər ki, biz ancaq Azərbaycandan sonra yalnız Türkiyənin bayrağını özümüzün hərbi geyimimizə əlavə edə bilərik, başqa cür də ola bilməz! Onlar elə bu gün Türkiyənin başlatdığı mücadilədə döyüşməyə hazırdırlar. Bizim hər birimiz terrordan əziyyət çəkən qardaş Türkiyənin yanındayıq. Bilirik ki, qardaş ölkə öz ərazisində 4-6 milyon arasında qaçqını saxlayır. Türkiyə uğurlu hərbi əməliyyatlar keçirməklə həm Suriya ərazilərini terrorçulardan təmizləyəcək, həm də o ərazilərə suriyalı qaçqınlar qayıdacaq. Eyni zamanda Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır. Biz Türkiyənin bu addımına dəstək veririk. Biz də özünüzə borc bilirik ki, qardaş Türkiyənin apardığı savaşda iştirak edək. Bundan öncə Afrin əməliyyatı, həmçinin Fırat Qalxanı əməliyyatında da eyni mövqedə olmuşuq. İndi də “Barış Pınarı” əməliyyatında Türkiyənin yanında olmağı özümüzə borc bildik. Türkiyə Silahlı Qüvvələri 9 oktyabrda hərbi əməliyyatlara başlayanda artıq Azərbaycan qaziləri, gəncləri döyüşlərə qatılmaq üçün ilk müraciətlərini etdilər. Biz o müraciətləri Türkiyə prezidentinə, Silahlı Qüvvələrin Baş Qərargahına rəsmən ünvanladıq. Bildirdik ki, bundan əlavə, minlərlə Azərbaycan gənci, ehtiyatda olan hərbçi Türk ordusu ilə bərabər döyüşməyə hazırdır”.

Bu müraciətlərdən sonra bəzi suallar yaranıb. Qanunların könüllərə türk ordusunun sıralarında döyüşmək imkanları verib-vermədiyi əsas sualdır. Beynəlxalq qanunların buna şərait yaradıb-yaratmadığı da müzakirə edilir.

Bununla bağlı yaranan suallara hüquqşünas Əlövsət Allahverdiyev “Yeni Müsavat”da bu cür aydınlıq gətirdi: “Bu gün Türkiyənin Suriya ərazisində terrorçulara qarşı apardığı hərbi əməliyyat Azərbaycan ictimai və siyasi mühitində çox maraqla izlənilir və hər kəs özünəməxsus formada dəstəyini ifadə edir. Təbii ki, bir qrup vətəndaşlarımız da könüllü olaraq Türkiyə Silahlı Qüvvələrində bu əməliyyatda iştirak etmək istədiklərini bildirirlər. Bilirsiniz, insan çox şeyləri etmək arzusunda ola bilər, amma öncə düşünməliyik ki, həm ölkə qanunları, həm də beynəlxalq hüquq normaları buna icazə verirmi? Beynəlxalq hüquq normalarına görə bir ölkənin vətəndaşlarının könüllü olaraq vətəndaşı olmadığı ölkənin silahlı qüvvələrində xidmət etməsinə, xüsusilə hərbi əməliyyatlarda iştirak etməsinə icazə vermir, bu bir növ müharibə cinayətləri hesab olunur və bunun bir adı var, muzdlular. Cenevrə Konvensiyaları muzdluları qanuni döyüşçü kimi tanınmadığını və adi bir ordunun əsir götürülmüş xidmət personalı ilə eyni qanuni müdafiəyə ehtiyac olmadığını bəyan edir. Daha dəqiq izah etsək, muzdlu əsgərlər döyüşçü və ya hərbi əsir statusuna malik deyillər və beynəlxalq hüquq normaları tərəfindən müdafiə olunmurlar. Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 47-ci maddəsinə görə, muzdlu o şəxs sayılır ki, silahlı münaqişədə vuruşmaq məqsədilə xüsusi olaraq cəlb edilmişdir, hərbi əməliyyatlarda faktiki olaraq bilavasitə iştirak edir, əsasən, şəxsi qazanc əldə etmək arzusu ilə hərbi əməliyyatlarda bilavasitə iştirak edir, nə münaqişədə olan tərəfin vətəndaşı, nə də münaqişədə olan tərəfin öz nəzarəti altında saxladığı ərazidə daim yaşayan şəxs deyildir, münaqişənin tərəfi olmayan dövlət tərəfindən, onun silahlı qüvvələrinin tərkibinə daxil olan şəxs kimi rəsmi vəzifələr yerinə yetirmək üçün göndərilməmişdir.

Göründüyü kimi, bu xüsusiyyətləri özündə ehtiva edən könüllü muzdlular beynəlxalq hüquq normalarına görə, məsuliyyət daşıyırlar və bu müharibə cinayəti hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə görə bu müharibə cinayəti hesab olunur. Cinayət Məcəlləsinin 114-cü maddəsinə görə muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə— səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 114.2-ci maddəyə görə eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə—doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 114.3-cü maddədə isə qeyd olunur ki, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı—beş ildən on bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər