Şuşa sevgisi tükənməzdir

436

Əziz Şuşa, sən azadsan!
         Əziz Şuşa, biz qayıtmışıq!
         Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Ölkə rəhbərimizinŞuşa işğaldan azad olunan gün – Şəhidlər xiyabanında səsləndirdiyi bu sözlər indi də qulaqlarda əks-səda verir.

Qarabağın tacı olan bu gözəl məkan xalqımız üçün müqəddəs vəəzizdir. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığıözünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri iləədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizəəlamətdar səhifələr yazmışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanda Qarabağa çox böyük diqqət və qayğı göstərmiş, eləcə də erməni iddialarını hər zaman iflasa uğratmışdır. Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafıümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etmişdir. 1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində rayonun 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyətevi, 4 texnikumu, 2 institutfilialı, 7 uşaqbağçası, 4 kinoteatrı, 5 mədəniyyətvəistirahətparkı, 2 sanatoriya, turistbazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaqsağlamlıqməktəbitalanedilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir.

Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizi, incəsənətimizin, tariximizin azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu.  Burada yenidən azan səsləri eşidildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi.
Ölkə rəhbərinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-inin hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin Sərəncamında Şuşanın düşmən əsarətindən qurtarılmasının müharibənin taleyində həlledici rol oynadığı qeyd olunmuşdur. 2021-ci il yanvarın 14-dəŞuşaya səfər edən cənab İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətəçatdıraraq qəhrəman Azərbaycan Ordusunun mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etdiyini və uzun fasilədən sonra noyabrın 8-dəŞuşada Azərbaycan bayrağının qaldırıldığını bildirmişdir.

Müasir Şuşanın yenidən qurulması isə Ali baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdəŞuşanın Baş planının hazırlanması, Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin vəÜzeyir bəy Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Şuşaya səfəri zamanıPrezidentçıxışında ermənilərin bütün cəhdlərinə baxmayaraq, onların Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilmədiyini, 28 il ərzində buna çalışsalar da nail ola bilmədiklərini,Şuşa ermənilər tərəfindən dağıdılsa da, əyilmədiyini, əsirlikdə olsa da, öz ləyaqətini itirmədiyini, erməniləşdirmə cəhdlərinə məruz qalsa da, Azərbaycan ruhunu qoruyub saxlaya bildiyini qeyd etmişdir.

Dövlət başçımızın 2021-ci il 7 may tarixli Sərəncamı iləŞuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edilmiş, bu Sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olunmuş, 2021-ci il mayın 12-si və 13-də ilk dəfəŞuşada “Xarıbülbül” festivalı keçirilmişdir. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq vəşəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət etmişdir.

Ölkə rəhbərimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirmiş, 2022-ci il yanvarın 5-də isə dövlətimizin başçısı“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanması 44 günlük Vətən müharibəsindən sonra, postmüharibə ili olan 2021-ci ilin ardınca 2022-ci ilin “Şuşa ili” elan edilməsi İlham Əliyevin bir daha müdrik siyasətinin bariz nümunəsidir. Bu Sərəncam əsasında bu il Şuşanın 270 illik yubileyinin böyük təntənə ilə qeyd edilərək, bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr veriləcəkdir.

Dövlət başçımızın Şuşaya etdiyi çoxsaylı səfəri erməni cinayətlərinin ifşası, Azərbaycanın quruculuq siyasətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Səfərlər əsnasında bir daha ermənilərin Şuşada törətdiyi vəhşiliklərə diqqət çəkən ölkə rəhbəri Şuşanın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirib, “Qarabağ Azərbaycandır və nida” şüarını bir daha təsdiqedib. Həm erməni vəhşiliyinə diqqət çəkib, həm görülən işlərə nəzarət edib, həm də görüləcək işlər haqqında məlumat verib. Qeyd edib ki, ermənilər işğalda saxladıqları müddət ərzində bu şəhərdə heç nə tikməyib, heç bir abadlıq, quruculuq işi aparmayıblar. Azərbaycan isəŞuşanı erməni işğalından azad edən kimi orada bərpa işlərinə, quruculuq işlərinə start verib. Bununla bütün dünyaya mesaj verib ki, Şuşa, o cümlədən işğaldan azad edilən digər ərazilər bizim üçün sadəcə torpaq deyil. Bura bizim üçün vətəndir, tarixi yurddur və biz öz yurdumuzu, öz vətənimizi dirçəltmək, abadlaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

Dövlət başçımızın xalqımıza olan hər bir müraciəti bizi uğurlu,İlhamlı, nurlu sabahlarasəmt edir,ümidləndirir. Hər kəsdə bu şərəfli tariximizi daim qoruyub saxlamaq inamı artır!

Fuad Həsənov,  “Aztermoizol” ASC-nin icraçı direktoru

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər