Futbol üzrə Azərbaycan birinci divizionunun ikinvi dövrəsinə hazırlığını davam etdirən “Şuşa” komandası Sumqayıt şəhərinin eyniadlı təmsilçisi ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Azerisport.az xəbər verir ki, ilk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın ikinci hissəsində “Şuşa” komandası qələbə qolunu vura bilib.
Nəriman Əzimov 68-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək yoldaşlıq oyununda komandasına qələbə qazandırıb. Milli.Az