Vətən Müharibəsində iştirak etməsi Tərtər rayonunun İdris Hüseynov adına Hüsənli kənd orta məktəbinin musiqi müəllimi olan Saleh Əsgərovu ən böyük arzusuna qovuşdurub.
Ölkə.az xəbər verir ki, o illərlə sevdiyi xanımdan evlilik razılığını ala bilməyib. Lakin onun Vətən müharibəsinə yollanması və Şuşada döyüşməsi vəziyyəti dəyişib.
Müharibədən qayıdan kimi həmin xanım onunla evlənməyə razı olub.
Müəllim Bakupost.az -a bildirib ki, müharibəyə yollananda hər iki cəbhədə döyüşürmüş, həm torpaqların azad olunması, həm də sevdiyi xanımla qovuşmaq üçün: “Şükür Allaha ki hər iki döyüşdə qalib gəldim”.
Müəllimin dediklərini təqdim edirik: