TƏBİB 103-ə müraciətdən çəkinənlərə çağırış etdi

1070

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) karantinə aparılacaqlarını zənn edib qurumun zəng xidmətlərinə müraciət etməkdən çəkinən vətəndaşlara müraciət edib.

“Report” xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O deyib ki, buna görə də bəzi vətəndaşlarda belə bir qorxu hissi var:

“Bu, qaynar xətlərimizə gələn zənglər vasitəsilə bizə çatır. Vətəndaşlarımız 103 və 113 zəng xidmətinə müraciətdən çəkinirlər. Vətəndaşlar düşünürlər ki, müraciət etsək, bizi karantinə aparacaqlar. Bu, əsla belə deyil. Normal müxtəlif xəstəliyi olanlar bura zəng edə bilərlər, çünki biz paralel olaraq adi günlərdəki kimi onlara xidməti davam etdiririk.

Eyni zamanda yuxarı tənəffüs yolu simptomu olan şəxslər qaynar xəttə zəng etməlidirlər. Ona görə də müraciət etməkdən çəkinməsinlər. Vətəndaş müraciət edərsə, həkimlərimiz gedir və şübhəli hal varsa, onlardan müayinə materialı götürür. Analiz cavabı isə 1-2 gün ərzində deyilir. Əgər pozitiv çıxsa, onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilir. Əgər neqativ çıxsa, onlar tam rahat ola biləcəklər”.

R.Bayramlı vurğulayıb ki, virusun və pnevmaniyalaeın özünəməxsus gedişi var:

“Virusun adı şiddətli kəskin respirator sindrom deməkdir. Yəni burada gediş şiddətli və kəskindir. Ona görə də virusu tez aşkar etməyimiz üçün vaxt bizim üçün bu məsələdə çox önəmlidir. Şəxs bu gün özünü normal hiss edə bilər, amma ağırlaşma olmadan biz onun müalicəsini təşkil etməliyik. Hətta o simptomsuz keçsə belə. Tutaq ki, gənc adamdır və heç bir yanaşma ilə xəstəliyi yoxdur. Əgər ailəsində ahıl şəxslər varsa, onlar yoluxa bilərlər və belə olanda ölüm halları sürətlənir.

Biz heç bir vətəndaşımızı itirmək istəmirik, hamısının qayğısına qalmaq istəyirik. Ona görə də ictimai-sosial məsuliyyət çox önəmli olmalıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər