“Biz beş min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazırlaşmamışdıq”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, imkan daxilində bütün addımlar atılır:
“Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil, əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, bütün insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir”.
O qeyd edib ki, bir xəstə ətrafında təmasda olduğu 50-yə yaxın şəxsi xəstəliyə yoluxdurur:
“Bu səbəbdən insanların evdə qalmaları mütləqdir. Xəstəlik çox yayıldıqca strategiyamızı dəyişmişik. Çünki mövcud vəziyyəti nəzərə almalıyıq”.