Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisə daxil olması gözlənilir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirdi. O dedi ki, 2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır.