Tahir Mirkişili: "AZƏRBAYCAN İQTİSADİYYATI GƏLƏCƏK DÖVRÜN ÇAĞIRIŞLARINA CAVAB VERMƏK ÜÇÜN HAZIRLANIR"

1285

“Bu il Dünya İqtiadi Forumu ölkələrin gələcəkdə rəqabətə hazırlığını müəyyən edən yeni üsullarla hazırlanmış Qlobal Rəqabətlilik Hesabatını (2018) dərc etmişdir. Dünya İqtisadi Forumuna görə qloballaşma prossesi zəifləyir, bu şəraitdə iqtisadiyyatın inkişafı rəqəmsal transformasiyanın sürəti və onun 4-cü sənaye inqilabına hazırlığı ilə müəyyən olunur. Hazırki dövrdə dünyanın əksər iqtisadiyyatları üşün əsas problem innovasiyalara uyğunlaşmaq və onları tətbiq etmək potensialına sahib olmaqdır. Ekspertlərin fikrincə, bu kateqoriya üzrə dünyada orta göstərici 36 baldır. Azərbaycan da bu kateqoriya üzrə 36 bal toplayıb”.

sumqayitxeber.com xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Millət vəkili qeyd edib ki, dünyanın əksər ölkələri üçün vətəndaş institutlarının zəif inkişaf etməsi əsas problem olaraq qalmaqdadır. Hesabarda bu kateqoriya üzrə orta bal 53 müəyyən edilib. Azərbaycan bu kateqoriya üzrə 55.8 bal toplayaraq dünya orta göstəricisini ötmüşdür.

Dünya İqtisadi Forumu hesab edir ki, dünyada innovativ dəyişiklikləri anlayan və anlamayan ölkələr arasında qlobal uçurum dərinləşməkdədir. Öz iqtisadiyyatlarının rəqabətqabiliyyətini artırmaq istəyən ölkələr ilk növbədə iqtisadiyyatın daxili və xarici şok amillərinə dayanıqlılığını təmin etməli, iqtisadi prosseslərin bütün iştirakçılarının bütün sahələrdə innovasiyaların tətbiqindən gəlir əldə edə biləcəkləri innovativ ekosistem yaratmalıdırlar.

Bu ilki hesabatda Azərbaycan 19 göstərici üzrə reytinq göstəricilərini yaxşılaşdırmışdır. Əsasən də korrupsiya insidentlerinin sayinin azlığı, içməli su təminatının əhatəsi, internet istifadəçilərini sayı, yaşayış ömrünün uzunluğu, işçilərin əmək hüququ, sahibkarlara daxili kreditlərin verilməsi , biznesin başlanması xərclərinin az olması, elmi nəşrlərin çoxluğu, patent müraciətlərinin artması, elmi-tədqiqat xərclərinin artması və s kimi göstəriclər üzrə ölkəmizin reytinqdə göstəricləri yaxşılaşmışdır.

Ümumilikdə, bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahib olmuşdur. Belə ki, ölkəmiz tənzimləmələrdə qanunların effektivliyi göstəricisi üzrə – 22-ci yerdə, dövlət tənzimləmələrinin iqtisadiyyata yüklülüyünin azlığına görə – 12-ci yerdə, hökumətin gələcəyə yönəlik fəaliyyətinə görə – 20-ci yerdə, ayrı-ayrı maraqlar toqquşmasının tənzimlənməsinə görə – 16-cı yerdə, dəmir yolu xidmətlərinin səviyyəsinə görə – 17 ci yerdə, əhalinin elektriklə təhcizatı səviyyəsinə görə 1-ci yerdə, dəniz limanlarının xidmət səviyyəsinə görə – 29-cu yerdə, internet istifadəçilərini sayına görə – 36-cı yerdə, əhali arasında rəqəmsal vərdişlərə görə – 15-ci yerdə, öyrətmə yanaşmalrına görə – 27-ci yerdə, vergilərin və subsidiyaların reqabətə təsirinin effektivliyinə görə – 20-ci yerdə, biznesin bashlaması xərclərinin azlığına gorə – 17-ci yerdə, sahibkarlıq riskinin azlığıa görə – 21-ci yerdə qərarlaşmışdır.

Ölkədə aparılan iqtisadi islahatların gələcəyə yönəlik çağırışları nəzərə alması və Azərbaycanın iqtisadiyyatının dayanlıqlı olaraq gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanması Dünya İqtisadi Forumunun hesabatında bir daha öz əksini tapmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər