Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət vəkili Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaq.
Bişkək şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə ediləcək.
Deputatlarımız müzakirələrdə fəal iştirak edəcəklər.