Tahir Mirkişili: “Bu il Azərbaycanda iqtisadi artım qeyri neft-qaz sahələri hesabına təmin edilib”

352

Beynəlxalq təşkilatların proqnozuna görə 2023-cü ildə qlobal iqtisadi artım 2,5-3 % arasında olacaq (Azərbaycanda 1,9 %), 2024-cü ildə isə 2,1-2,9 % (Azərbaycanda 2,4 %) artacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında deyib.

T.Mirkişili qeyd edib ki, 2024-cü ildə neftin 1 barelinin qiymətinin 80-95 ABŞ dolları (büdcə 60 ABŞ dolları) olacağı proqnozlaşdırılır:

“Qlobal inflyasiyanın bu ilin sonuna 6,9 % (Azərbaycanda 9,5 %), 2024-cü ildə isə 5,8 % (Azərbaycanda 5,3 %) olacağı gözlənilir. Təbii qaz qiymətlərində də ucuzlaşma müşahidə edilir. Azərbaycanın əsas ticarət partnyoları olan ölkələrdə inflyasiya Çində 0 %-ə yaxın, Türkiyədə 50 %-dən yuxarı olub”.

Komitə sədri əlavə edib ki, bu ilin 9 ayında ölkə iqtisadiyyatında əlverilişli makroiqtisadi meyillər müşahidə edilib, tamamilə qeyri neft-qaz sahələri hesabına iqtisadi artım təmin edilib, inflyasiya tempində zəifləmə müşahidə edilib, tədiyyə balansında profisit izlənilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər