Tahir Mirkişili: “Büdcə sistemi haqqında qanun”un təkmilləşməsinə ehtiyac var

570

“Müharibə şəraiti, döyüşün maliyyələşdirilməsi, şəhid ailələri və qazilər üçün həssaslıq dövlət büdcəsi qarşısında vacib məsələlərdən biri olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, bununla yanaşı, bir sıra xərclərin dövlət büdcəsində icrası 99,1 %-ə çatıb: “Pandemiya səbəbindən iqtisadi aktivlik, əhalinin hərəkəti məhdudlaşdırılıb. Son 5 ildə sosalyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 5 dəfə artıb. Ölkədə koronavirus pandemiyası ilə mübarizədə 2 milyard manata yaxın vəsaitin icrası təmin edilib”.

Onun gözlərinə görə, 2020-ci il dövlət büdcəsinin icrası zamanı bəzi çatışmazlıqlar müəyyən edilib: “Komitədə aparılan təhlillər o qənaətə gəlməyə imkan verir ki, “Büdcə sistemi haqqında qanun”un təkmilləşməsinə ehtiyac var. Yaxud bununla bağlı yeni qanunun qəbulu daha çevik qərarların qəbul edilməsin səbəb ola bilər. Dünyada son zamanlar böhranlı durumların baş verməsi bu sahədə yeniliklərin təkmilləşməsini tələb edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər