Tahir Mirkişili “Caspian Energy Club”-un təşkil etdiyi “Online B2G Forum”da iştirak etdi

952

Qarabağın inkişaf planı və qarşıda duran əsas məqsədlərin müzakirə etmək məqsədi ilə “Caspian Energy Club” Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin iştirakı ilə “Online B2G Forum” təşkil edib.

Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İki saatdan artıq davam edən virtual müzakirələr zamanı Tahir Mirkişili biznes fəaliyyətinin optimallaşması istiqamətində qəbul olunan və müzakirə edilən qanun layihələrindən danışıb, həmçinin sahibkarların təkliflərini dinləyib. Tahir Mirkişili həm yerli həm də xarici sahibkarların Qarabağa sərmaye qoymaq ve işğaldan azad olunan torpaqlarda fəaliyyət göstərmək istəyini yüksək qiymətləndirərək, Qarabağda həyata keçirilən işlərin Azərbaycan iqtisadiyyatının yeni drayveri olacağını xüsusilə qeyd etdi.

Tahir Mirkişili, həmçinin Caspian Energy Club tərəfindən yaradılmış platformada dövlət sektoru ilə biznes nümayəndələri arasındakı dialoqun vacibliyini qeyd edərək mütəmadi olaraq sahibkarlarla dövlət məmurları arasında keçirilən görüşlərdə aktiv iştirak etmək istəyini bildirib.

Telman Əliyev də öz növbəsində qeyd etdi ki, 2020-ci ildə olduğu kimi bu il də Caspian Energy Club təşkil edəcəyi bütün tədbirlərdə hökumət ve özəl sektor nümayəndələrinin müzakirə etdiyi mövzuları, sualları ve təklifləri yazılı surətdə aidiyyəti qurumlara çatdıracaqlar ki, qanunvericilikdə dəyişiklik edilərkən sahibkarların mövqeyi nəzərə alınsın.

Sonda Telman Əliyev Caspian Energy Club-un üzv şirkətlərinin top-menecerləri adından açıq müzakirə və səmimi dialoq üçün Tahir Mirkişiliyə minnətdarlığını ifadə edib.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və Klubun fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər