Milli Məclisdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunaraq, qəbul edildi.
Komitə sədri Tahir Mirkişili layihə barədə danışarkən qeyd etdi ki, bəzən qeyri-dəqiq yanaşmalar olur. Komitə rəhbəri bildirdi ki, iclasda qeyd olunduğu kimi, rüsumlarda iki, ya üç dəfə artım yoxdur, bəzi rüsumlarda 30, bəzilərində 50 faiz artım var “Deyilənlər həqiqətə uyğun deyil”, deputat əlavə etdi.
Cərimələrin yüksək olması ilə bağlı deputat Sabir Rüstəmxanlının iradlarına gəldikdə, T.Mirkişili cərimələrin fəlsəfəsinə diqqət yetirməyi vacib saydı. Bildirdi ki, cərimələr qaydaları pozmamaq üçün müəyyən edilir: “Dünyanın hər bir ölkəsində cərimə qaydaların pozulmaması üçün tətbiq olunur”. Bununla belə, komitə rəhbəri dəbbə pulunun yüksək olması ilə bağlı fikirlərlə razılaşdığını söyləyəyək, məsələnin araşdırılacağını vurğuladı. musavat.com