Tahir Mirkişili: “Əgər insan verilən tapşırığı 4 saat ərzində həyata keçirirsə, niyə 8 saat işləməlidir?”

1560

“Pandemiya dövrü bütün dünyada, eləcə də Azərbaycanda digər sahələrin olduğu kimi iqtisadi idarəetmə sisteminin də testini həyata keçirdi. Bu o deməkdir ki, pandemiya dövründə daha çox hansı sahələrin gələcəyə hazır olduğunu, hansı sahələrin inkişafına diqqət yetirilməsini müəyyən etmək üçün bir şans yarandı. Həm də eyni zamanda, pandemiya göstərdi ki, gələcəkdə iqtisadi sahələrdə hansı tələblər olacaq, insanların davranışları hansı formada dəyişəcək”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-a müsahibəsində səsləndirib.

Millət vəkili bildirib ki, pandemiya dövrü bütün dünyada, eləcə də Azərbaycanda digər sahələrin olduğu kimi iqtisadi idarəetmə sisteminin də testini həyata keçirdi: “Bu o deməkdir ki, pandemiya dövründə daha çox hansı sahələrin gələcəyə hazır olduğunu, hansı sahələrin inkişafına diqqət yetirilməsini müəyyən etmək üçün bir şans yarandı. Həm də eyni zamanda, pandemiya göstərdi ki, gələcəkdə iqtisadi sahələrdə hansı tələblər olacaq, insanların davranışları hansı formada dəyişəcək.Pandemiyanın önə çıxardığı ən önəmli məsələlərdən biri insan davranışının dəyişməsi idi. Biz əvvəlcə düşünürdük ki, insanlar evdə daha az oturmalı, işdə, idarədə, restoranda daha çox vaxt keçirməlidir”.

Tahir Mirkişili pandemiya dövründə önə çıxan yeni davranışlara da toxunub: “Pandemiya şəraiti göstərdi ki, insanlarda məsafədən işləmək, evdən sifarişlər vermək, yaxud da iş davranışlarında daha çox onlayn olmaq, rəqəmsal alətlərdən istifadə, vaxta qənaət, daha çox nəticəyə yönəlmək kimi yeni davranışlar formalaşdı. Əslində dünyada son zamanlar deyilirdi ki, 8 saat işləmək sistemi 20-ci əsrdən qalmış və köhnəlmiş iqtisadi davranış qaydalarıdır. Məsələn, müasir iqtisadçılar deyirlər ki, insan niyə 8 saat işləməlidir? Əgər insan verilən tapşırığı 4 saat ərzində həyata keçirirsə, niyə 8 saat iş masasında, yaxud kompüter qarşısında oturmalıdır? Yəni bu zamanı o daha çox öz inkişafına, asudə vaxtına, ailəsinə sərf edə bilər. Müasir iqtisadiyyatın əsas qayəsi nəticəyə yönəlməkdir. Siz qarşınızda qoyulan tapşırığı qısa zaman ərzində yerinə yetirə bilirsinizsə, yəni, məhsuldarlığınız yüksəkdirsə, o zaman neçə saat işləməyinizin mənası yoxdur. Biz buna nəticə əsaslı iqtisadiyyat deyirik. Yeni çağırışlar məhz bunu diqtə edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər