Xəbər verdiyimiz kimi Vyanada ATƏT Parlament Assambleyasının iclası keçirilib.
İclasda Ermənistan nümayəndə heyəti öz ənənəsinə sadiqlik nümayiş etdirib. Ermənistan nümayəndə heyətinin üzvü çıxışında insan haqlarından bəhs edib və Azərbaycanı bütün erməniləri ölkədən qovmaqda ittiham edib.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışını bir daha Ermənistan nümayəndə heyətinin yalan və saxta fikirlərinə münasibət bildirməklə başlayıb.
T. Mirkişili bildirib ki, ATƏT PA-nın bugünkü bağlanış sessiyasında Ermənistan nümayəndə heyətinin son 2 gündəki davranışı ilə bağlı xüsusi bəyanat verilib. Bəyanatla yanaşı onlara bir sual da ünvanlanıb: “Siz neçə dəfə inqilab etməlisiz, neçə dəfə hökumət devirməlisiz və neçə prezident/baş nazir həbs etməlisiz ki, ağlınız başınıza gəlsin?”