ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistanın işğalçılıq siyasətinə diqqət çəkib. Millət vəkilləri həlli yubadılan münaqişələrdən danışarkən Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirib.
Nümayəndə heyətinin üzvü Tahir Mirkişili öz çıxışında ermənilərin münaqişənin həlli üçün danışıqlar formatının dəyişdirilməsi barədə ortaya atdığı iddialara cavab verib.