Tahir Mirkişili: Ölkədaxili nağdsız əməliyyatların həcmi 1.9 dəfə artıb

504

Bank sahəsi iqtisadiyyatda mühüm rol oynayır. Cari ilin aprelin 30-na olan məlumata əsasən ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 milyon manat, cəmi öhdəlikləri 39,771.3 milyon manat, balans kapitalı 5,811.4 milyon manat təşkil edib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin iyunun 9-da keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, aprel ayında bankların kredit portfeli 1.7 faiz və ya 341 milyon manat artaraq 20,379.6 milyon manat təşkil edib. Kredit portfelinin strukturunda biznes kreditləri 54.5 faiz (11,108 milyon manat), istehlak kreditləri – 29.8 faiz (6,072.3 milyon manat) və ipoteka kreditləri – 15.7 faiz (3,199.3 milyon manat) təşkil edir.

Tahir Mirkişilinin sözlərinə görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3202 milyon manat olub.

Komitə sədri həyata keçirilən nağdsız ödənişlərin 2535 milyon manatının elektron ticarətin payına düşdüyünü qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər