İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı başa çatıb.
Bu barədə Azərbaycanın Pakistanda səfərdə olan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili məlumat verib.
O qeyd edib ki, konfrans İƏT-ə üzv ölkələr arasında inteqrasiya proseslərinə daha çox dinamizm verilməsinin zəruriliyinə dair ortaq mövqeyini müəyyənləşdirmək baxımından çox əhəmiyyətli olub:
“İki gün ərzində davamlı inkişafın məqsədləri, ticarət və qarşılıqlı əlaqələr, turizm sahəsində əməkdaşlıq, yoxsulluğun azaldılması, siyasətdə qadınlar, iqlim dəyişiklikləri, COVID-19 qlobal pandemiyasına qarşı mübarizədə birgə səylərin gücləndirilməsi, eləcə də hamımızı maraqlandıran müxtəlif mövzularda dərin və əhatəli müzakirələr aparıldı.
Və sonda İkinci Ümumi Konfransın yekunlarına dair İslamabad Bəyannaməsi imzalandı”.