Tahir Mirkişili: Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində əsas məsələ keyfiyyətdir

803

2020-ci il məlum səbəblərdən gərgin illərdən biri kimi tarixə düşdü. Ötən il koronavirusa görə müəyyən iqtisadi çətinliklər yarandı. Amma 2020-ci il həm də Azərbaycan xalqı və dövləti üçün Zəfər ili kimi yadda qaldı. İqtisadi gücü olan dövlət hər şeyə qadirdir. Şübhəsiz ki, böyük Qələbəmizdə ölkə iqtisadiyyatının güclü və dayanıqlı olması mühüm rol oynadı.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.
Tahir Mirkişili diqqətə çatdırıb ki, ötən dövrdə dövlətimiz, hökumətimiz və Milli Məclis tərəfindən mühüm işlər görülüb. Hesablama Palatası da öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Hesablama Palatasının hesabatında müzakirə olunan və burada qaldırılan məsələlər qurumun sonrakı fəaliyyətində mühüm rol oynayacaq.
Tahir Mirkişili vurğulayıb ki, Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində əsas məsələ görülən işin keyfiyyətidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər