“Bizim qeyri-neft məhsullarının Pakistan bazarına çıxmasına səy göstərilməsini xahiş edirəm”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Azərbaycanın geosiyasi və geoiqtisadi resursları bütövlükdə regionun inkişafı üçün həlledici amilə çevrilib: “Pakistan Azərbaycan dostluq münasibətləri yüksək inkişaf edir. Bu gün 44 günlük müharibə regionda reallıqları tamamilə dəyişib”.