Tahir Mirkişili: "Sahibkarlar üçün məhkəməyə müraciət etmək stress, xərc deməkdir"

1677

“Hüquqi islahatların dərinləşdirilməsi sahəsində Prezident İlham Əliyevin imzaladığı Fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır. Fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlarlıq mühitinin də daha da əlverişli olması və sahibkar-dövlət orqanı münasibətlərində çevikliyin təmin olunmasında aparılan islahatların mühüm bir hissəsidir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc və sahibkarlıq fəaliyyətindən diqqətin yayınması deməkdir. Onun sözlərinə görə, sahibkarın müraciəti ilə bağlı nə qədər tez, şəffav və aydın qərarlar qəbul olunarsa bir o  qədər ölkə üçün faydalı olur, çünki bu zaman sahibkar daha çox öz fəaliyyəti ilə məşğul olacaq, öz vaxtını daha çox sahibkarlıq fəaliyyətini genişləndirməyə və investisiya qoymağa sərf edəcəkdir. Eyni zamanda spesifik məsələlərə peşəkar yanaşma daha çox ədalətli qərarların qəbul olunmasına imkan verəcəkdir ki, bu da sahikarlıq fəaliyyəti və investisiya cəlb olunması üçün vacib şərtdir.

“Sahibkarların gömrük, vergi, sosial sığorta və digər məsələlər üzrə müraciətlərinə baxan ixtisaslaşmış məhkəmələrin yaradılması və bu məhkəmələrdə çalışan hakimlərin dərin hüquqi bilik və təcrübəyə sahib olmasi müracitələrə daha tez və peşəkar formada baxılmasına imkan verəcək. Çünki bu sahələrdə qanunvericiliyin spesifik müdəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir. Bir çox ölkələrdə tətbiq olunan xüsusi sahəvi məhkəmələr öz səmərəliliyini göstərməkdədirlər. Mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həlli bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”-deyə, deputat vurğulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər