“Sahibkarlara qanunvercilik səviyyəsində dəstək, onları maraqlandıran suallara cavab vermək, səmimi müzakirə üçün Sumqayıt sahibkarları ilə görüşdük”.
sumqayitxeber.com xəbər verir ki, bununla bağlı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd olan Tahir Mirkişili rəsmi facebook səhifəsində paylaşım edib.
“Görüşdə Sumqayıtda sahibkarlığın inkişafı üçün daha nələr etmək olar sualını geniş müzakirə etdik.
Qeyri-neft sektorunun mühüm mərkəzlərindən biri olan Sumqayıtda sahibkarlığın inkişafı mühüm əhəmiyyət kəsb edir. Hər il əmək bazarına 5000-ə yaxın gəncin daxil olduğu Sumqayıtda ən çox iş yerləri açan sahibkarlar olmalıdırlar. Bunun üçün onlara hər cür dəstəyin veriləcəyi və bunun dövlət başçısının siyasəti olduğu bir daha müzakirələrin diqqət mərkəzində oldu”.