42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının ofisində seçiciləri qəbul etmişdir.
Təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib. Ünvanlanan müraciətlər arasında əsasən iş, qeydiyyat, sənədləşmə, sosial məsələlər, bank kreditləri, ev növbəsilə bağlı problemlər və s. məsələlər üstünlük təşkil edib.
Müraciət edən seçicilərin problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən T. Mirkişili bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.