Fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Tahir Mirkişili təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişili 2-ci mikrorayon ərazisində seçicilərlə görüş keçirib.
Tədbirdə ötən dövr ərzində Tahir Mirkişilinin fəaliyyətini özündə əks etdirən hesabat videosu izlənilib. Daha sonra görüş dialoq şəklində davam edib.
Seçicilərin fikirləri, təklifləri dinlənilib və namizəd seçicilərin suallarını cavablandırıb.