Tahir Mirkişili Sumqayıtda əlilliyi olan sahibkarlarla görüş keçirdi

1875

ƏLİLLİYİ OLAN SAHİBKARLAR İQTİSADİYYATDA DAHA AKTİV OLMAQ İSTƏYİRLƏR

Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıt şəhərində “Əlil Sahibkarlar Təşkilatı” ictimai birliyi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri prinsiplərinə uyğun sahibkarlıq fəaliyyətinin təşviq edilməsi və əlilliyi olan şəxslər arasında işsizlik probleminin həllinə dair əlilliyi olan sahibkarlarla görüş keçirib. Görüşdə ölkəmizdə dövlət başçısının əlilliyi olan şəxslərə qayğısından, 1-ci Vitse-Prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərin həyatlarının yaxşılaşdırılması yönümündə gördüyü tədbirlərdən, əlilliyi olan şəxslər üçün dövlət dəstəyinin daim gücləndirilməsi, onların sosial müdafiəsi istiqamətində atılan addımlardan danışan Tahir Mirkişili sahibkarlıq, özünüməşğulluq sahəsində əlilliyi olan şəxslərin iqtisadiyyata daha çox inteqrasiyasına ehtiyac olduğunu vurğulayıb. Bunun üçün dövlət orqanları ilə yanaşı əlilliyi olan şəxslərin özlərinin və sahibkarlıq subyektlərinin də aktiv olmalı olduğunu, təşəbbüs göstərmələrini və bu məqsədlə peşə ixtisaslarını artırmaq üçün lazımı şəraitin olduğunu da qeyd edib.

Müzakirələrə qatılan əlilliyi olsn sahibkarlar həyata keçirdikləri layihələrdən bəhs edərək onların yaradıcı işlərdə böyük potensiallarının olduğunu qeyd etmişlər. Hazırda uğurlu layihələr həyata keçirən əlilliyi olan sahibkarlar öz fəaliyyətlərini genişləndirmək üçün yeni avadanlıqlara və binalara ehtiyac olduğunu bildiriblər.

Əlilliyi olan sahibkarların təklif və istəklərinin müzakirə olunacağını qeyd edən Tahir Mirkişili bu istiqamətdə dövlət orqanlarının həyata keçirəcəyi layihələrdən bəhs edərək, həm də özəl sahibkarlıq subyektləri ilə də görüşlər keçirilicəyini deyib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər