Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə millət vəkili Tahir Mirkişili növbəti dəfə vətəndaş qəbulu keçirib.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov da iştirak etib.
Qəbul zamanı seçicilərin müraciət və təkliflərini dinlənilib, onların problemləri ilə maraqlanılıb. Onları maraqlandıran müxtəlif sosial məsələlərin həlli üçün müvafiq işlərin görüləcəyi qeyd edilib. Müraciətlərin bir hissəsi yerində həll edilib, digərləri isə araşdırma aparılmaq üçün nəzarətə götürülüb.