Tahir Mirkişili: "Tükiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaq"

1080

“Türkiyə vətəndaşları üçün sadələşdirilimiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaqdır”.

Bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir. 2019-cu ilin 6 ayı ərzində iki qardaş ölkə arasında ticarət dövriyyəsi 35% artmışdır. Azərbaycanın Türkiyəyə ixracı 2 dəfəyə yaxın artmışdır. Həm xarici ticarət dövriyyəsində, həm də Azərbaycanın ixracında Türkiyə 2-ci ölkədir. Digər tərəfdən 2020-ci ildə Azərbaycanın Türkiyəyə yatırdığı xarici investisiyanın həcmi 20 mlrd dollar çatacaq ki, hazırda da Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələrdən biridir. Türkiyə şirkətlərinin də Azərbaycan iqtisdiyyatına yatırımları 14 milyard dolları keçməkdədir. Bu rəqəmlər və eyni zamanda birgə həyata keçirilən enerji, nəqliyyat layihələri hər iki ölkənin iqtisadiyyatlarının getdikca daha çox inteqrasiya olunduğunu deməyə imkan verir. Türkiyə vətəndaşları üçün sadələşdirilimiş viza rejiminin ləğv olunması yeni mərhələyə qədəm qoymuş iqtisadi əlaqələrin daha sürətlə inkişafına dəstək olacaqdır. Ümumiyyətlə təcrübə göstərir ki, insanların maneəsiz hərəkəti ölkələr arasında kapitalın da sürətli hərəkətinə təkan verir və bu isə öz növbəsində iqtisadiyyatın dinamik inkişafını təmin edir.
Digər tərəfdən, 2019-cu ilin 6 ayının yekunlarına görə Azərbaycan səfər edən turistlərin sayının 12%-ni Türkiyə vətəndaşları təşkil edir. Azərbaycan turizm potensialı getdikcə artır, ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının sayı artır. Düşünürəm ki, viza rejiminin ləğvi Azərbaycan səfər edən Türkiyə vətəndaşlarının sayının artmasına müsbət təsir edəcək. Bu istiqamətdə mövcud potensialdan daha çox istifadə etmək imkanı mövcuddur.

Ümumilikdə, Azərbaycanın dövlət idarəetməsində çevik məlumat bazalarının formalaşması və müasir texnologiyaların tətbiqi həm viza sistemlərinin asanlaşdırılmasına, həm də bir çox ölkələr üçün vizasız gediş gəliş sisteminin tətbiqinə imkan yaratmaqla yanaşə milli təhlükəsizliyin də qorunmasına imkan yaradır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər