Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi üzrə millət vəkili Tahir Mirkişili Türkiyənin Hacettepe Universitetində tibb təhsili alan sumqayıtlı tələbə Sadə Babazadə ilə videoformatda görüşüb.
Millət vəkili sumqayıtlı tələbə ilə görüş təəssüratlarını bölüşüb: “Onun kimi istedadlı tələbələrin qazandıqları bilikləri sonradan ölkəmizdə tətbiq etmələri inkişaf üçün çox vacibdir. Biz hamımız istedadlı tələbələrin yaxşı təhsil almasında daim dəstəkçi olmalıyıq”.