Tahir Mirkişili:"Azərbaycan iqtisadiyyatı artıq davamlı olaraq müsbət dinamika nümayiş etdirir"

1264

Azərbaycanın iqtisadi inkişafı ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq.

Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında orta aylıq əməkhaqqının səviyyəsinə görə devalvasiyadan öncəki 2014-cü ildə də 558 dollar əməkhaqqı ilə 4-cü yerdə qərarlaşmışdı. Keçən 3 il ərzində MDB ölkələrində baş verən devalvasiyalar bütün MDB məkanında orta aylıq əməkhaqqının dollar ekvivalentində səviyyəsini azaltdı. Belə ki, Rusiyada orta aylıq əməkhaqqı 2014-cü ildəki 896 dollardan 670 dollara, Qazaxıstanda isə 686 dollardan 459 dollara endi. Əsas səbəb isə bu ölkələrdə baş verən devalvasiyalar nəticəsində dollarla hesablanan məbləğlərin kiçilməsi oldu.

“Azərbaycan iqtisadiyyatı artıq davamlı olaraq müsbət dinamika nümayiş etdirir. Qeyri-neft sektorunun payı durmadan artır və artıq 65 faizə yaxındır. Sənaye və kənd təsərrüfatı istehsalı sürətlə artır, ixracın həcmi böyüyür, xidmət sektorunun payı artır. Ölkə Prezidentinin Sərəncamı ilə hər il əməkhaqlarının və pensiyaların artımı da ölkədə ümumi orta aylıq əməkhaqqının artırılmasına təsir etməkdədir. Ümumilikdə, Azərbaycanda iqtisadi inkişaf ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq”, – deyə iqtisadçı ekspert diqqətə çatdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər