Tahir Mirkişilinin Rusiyada elmi məqaləsi dərc olundu

1342

Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzi tərəfindən “Один пояс, один путь»: участие и роль Азербайджана в реализации мегапроекта” adlı elmi məqaləsi dərc olunub.

 

Modern.az xəbər verir ki, Tahir Mirkişili elmi məqalənin əsas məqsədi barədə danışarkən Azərbaycanın həyata keçirdiyi beynəlxalq nəqliyyat dəhlizi layihələrinin, region ölkələrinin hər birinin inkişafına dəstək verdiyini göstərmək olduğunu bildirib:

 

“Bu layihələrə dəstək verən hər bir ölkənin gələcəkdə inkluziv fayda əldə edəcəkləri və Azərbaycanın bu layihələrdəki iqtisadi faydaları daha da zənginləşdirəcəyi formaları və imkanları məqalədə izah edilib. Yük daşımaları ilə yanaşı, məlumat və innovasiya axınlarının da yeni marşrutda yer alacağı əsas yenilik kimi göstərilib.

 

Məqalə mənim və UNEC-in professoru Zahid Məmmədovun həmmüəllifliyi ilə dərc edilib”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər