Tanınmış jurnalist Səbuhi Məmmədli övladı ilə həftə sonu istirahət üçün Sumqayıtı seçib. Səfər təəssüratlarını şəxsi facebook hesabında paylaşan jurnalist Sumqayıtı, xüsusilə də bulvarı çox bəyəndiyini qeyd edib: ” Balamla Sumqayıt bulvarında olduq. Tam ciddi, möhtəşəmdi. Kafe və restoranlarda qiymətlər Bakıdan dəfələrlə ucuz, Sədəf kimi uşaqların əylənməsi üçün xeyli atraksion. Və ən əsası dəniz…”