Tanınmış telejurnalist, “Xəzər” TV-nin xəbərlər şöbəsinin redaktoru Yusif Kərimlinin oğlu ölümdən dönüb.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Anar Tağıyev məlumat verib:
“Teleaparıcı Yusif Kərimlinin azyaşlı övladı dünən çimərlikdə boğulmaq təhlükəsi ilə üzləşib. Uşağın xalası onu xilas edib, amma qız özü boğulub. Komaya düşən azyaşlı isə ətrafdakıların köməyi ilə xəstəxanaya aparılıb, reanimasiyadadır”.