Tanınmış xanım jurnalistin evini soydular - FOTO

1042

Tanınmış jurnalist Ağanisə Sultanovanın evini soydular.

Publika.az xəbər verir ki, jurnalist bu barədə özünün feysbuk səhifəsində məlumat verib. O bildirib ki, dünən axşam saatlarında evə gəlib və qapının qırıldığını görüb:

“Axşam saat 8-də işdən evə gəldim. Qapını açmaq istəyəndə gördüm ki, qapının qulpu qırılıb. İçəri daxil ola bilmədim. Dərhal polis çağırdım. Qapını açıb içəri daxil olanda gördüm ki, evin altını üstünə çeviriblər. Divar dolabının üzərində qan ləkələri var idi. Qızıl, bahalı zinət əşyaları taxmağı sevmədiyim üçün, hamısı siyirmədə idi. Hələ özümə gələ bilmirəm. Mənə ən çox təsir edən isə anamın göz əməliyyatı üçün qəpik-qəpik yığdığım pullar və atamın Həcc ziyarətindən gətirdiyi, dəyərli boyunbağımın oğurlanmasıdır. 2014-cü ildə mən avtomobil qəzası keçirdim. Hələ də məni vurub qaçan şəxsin kim olduğunu bilmirəm. Bu gün isə ondan da dəhşətli hadisə gəldi başıma. Maddi ziyanlardan başqa hər dəfə aldığım mənəvi zərbələr məni məyus edir”.

Xatırladaq ki, uzun müddət “Xalq” qəzetində çalışan Ağanisə Sultanova AzTV-nin İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı kimi də fəaliyyət göstərib.

Könül Cəfərli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər