Tanışını boğaraq öldürən sumqayıtlının məhkəməsi başlayıb

654

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Xaçmaz rayon sakini Əli Səfərovun cinayət işi üzrə məhkəmə başlayıb. “Azadinform” xəbər verir ki, hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 12-nə təyin edilib.

İttihama görə, bu ilin iyunun 27-də Sumqayıt şəhərində, “Nəsimi” adına İstirahət Parkında Xaçmaz rayon sakini Əli Səfərov münaqişə zəminində Sumqayıt şəhər sakini Mehman Səlimovu boğaraq öldürüb. Daha sonra Ə.Səfərov könüllü Sumqayıt Şəhər Polis İdarəsinə gələrək təslim olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər