Şimali və Cənubi Koreya liderlərinin tarixi görüşü sərhəddə baş tutacaq.
“Qafqazinfo” “milliyet”ə istinadən xəbər verir ki, Kim Çen In 1953-cü il müharibəsi bitdikdən sonra sərhədi keçən ilk Şimali Koreya lideri olacaq.
Görüşün təfərrüatları bəlli olduqdan sonra insanlar küçələrə axışmağa başlayıblar. “Müharibəyə Yox” şüarları ilə keçirilən şənliklərdə iki ölkə liderinin əl-ələ tutduğu fotoları yer alıb.
Tədbir yerli vaxtla 09.30-da start götürəcək. Daha sonra isə Sülh evində davam etdiriləcək. Liderlərin gətirəcəyi su və torpaqla sülh ağacı əkiləcək.
Görüşün sonunda müqavilə imzalanacağı və birlikdə mətbuat konfransı keçiriləcəyi gözlənilir.
***
Şimali və Cənubi Koreyanın liderləri Kim Çem In ilə Mun Çje İn arasında görüş başlayıb. Tərəflər bir-birinin əlini sıxaraq şəkil çəkdiriblər.