TƏCİLİ – Dəhşətli qəzada ölən 13 yaşlı Yusifin anası intihar etdi? – FOTO

2787
Son məlumata görə dəhşətli hadisə nəticəsində övladını itirməsinin stressini yaşayan ananın dünən halı pisləşib. Yas mərasiminə gələn yaxınları Dadaşzadə Həqiqətə kömək üçün təcili tibbi yardım stansiyasına müraciət ediblər. Yaşadıqları ünvana gələn təcili tibbi yardım stansiyasının həkimlərinin müdaxiləsindən sonra onun səhhətində yaranan problem aradan qaldırılıb.

***

Ötən gün Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusifin anasının intihar etdiyi deyilir.

zada dünyasını dəyişən Yusif Tahir oğlu Dadaşzadənin anası bu gün özünü asıb.

Məlumatda bildirlir ki, Yusif 17 ildən sonra dünyaya gəlib və ailənin yeganə övladı olub.

Xatırladaq ki, dünən Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, iki nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.  Goldnews.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər