Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.
Ssəhiyyə nazirinin əmri ilə həmin posta türkiyəli mütəxəssis Mücahit Avcil gətirilib. M.Avcil Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosentidir.
Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.