Təhsil işçiləri koronavirusa qarşı mübarizə tədbirlərində fəal iştirak edir

1399

Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir.

Şəhər ərazisində 170-ə yaxın mobil qruplar fəaliyyət göstərir. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Hüquq Mühafizə Orqanlarının və digər qurumların əməkdaşlarından ibarət mobil qruplar şəhər ərazisində maarifləndirmə işləri həyata keçirir, eyni zamanda sərt karantin rejiminin tələblərinin icrasına nəzarət həyata keçirilir. İnsanların qaydalara əməl etməsi ilə bağlı çağrışlar olunur.

Sumqayıt şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları da şəhər ərazisində fəaliyyət göstərən mobil qruplarda aktiv fəaliyyət göstərir, şəhər sakinləri arasında maarifləndirmə işləri həyata keçirir, insanları qaydalara əməl etməyə səsləyir.

Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Arzu Alızadə sumqayitxeber.com-a açıqlamasında bildirib ki, bu məqsədlə mütəmadi olaraq təhsil müəssisələrinin rəhbərləri ilə video konfranslar təşkil olunur, koronavirusa qarşı mübarizə tədbirlərində təhsil müəssisələrinin rolu müzakirə olunur, bu istiqamətdə işlər həyata keçirilir. Karantin rejimi tətbiq olunduğu müddətdən Təhşil Şöbəsi nəznində gənc təhsil işçilərindən ibarət operativ qərargah qrupu yaradılıb. Bu gün də qrupun fəaliyyəti davam etdirilir. Hər bir məktəb şagirdlərlə kommunikasiyanı davam etdirir, onlara xüsusi karantin rejiminin tələblərinə əməl etmə etmələri çatdırılır, digər maarifləndirmə işləri aparılır. Şəhər ərazisində fəaliyyət göstərən mobil qruplarda, eləcə də təhsil şöbəsi tərəfindən yaradılmış mobil qruplarda təhsil işçiləri fəal iştirak edərək şəhər sakinləri arasında maarifləndirmə işləri aparırlar. Eyni zamanda qoruyucu maskalar paylanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər