Təhsil Nazirliyi müəllimin şəhid olması barədə məlumat yaydı

1637

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, F.Əhmədzadə 1997- ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. Onun təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər