“Təkcə Moskvada 250 mindən çox adam yoluxub, virus istənilən orqanı sıradan çıxarır…”

897

Rusiyada koronavirusla bağlı situasiya düşünldüyündən daha gərgindir və yoluxanların real sayı testlərlə təsdiqlənmiş yoluxma hallarından on dəfələrlə çoxdur.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş epidemioloqu, akademik, Seçenov adına institutun kafedra müdiri Nikolay Briko “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, həkimlər əmindir ki, bu virus heç yana gedən deyil, yeni şəraitə sürətlə uyğunlaşır, hərçənd zamanla mövsümi və idarəolunan infeksiyaya çevriləcək.

Akademik deyib ki, virus insanın istənilən orqanını sıradan çıxara bilir. O cümlədən böyrəklərdə, həzm sistemində, mərkəzi sinir sistemində, ürəkdə özünə yer tapır. Həkimlər xəbərdarlıq edirlər ki, COVİD-19 təkcə ağ ciyərləri deyil, beyini, ürəyi və qan damarlarını da “öldürür”.

Xəstəxanaya yerləşdirilənlərin 90 faizindən çoxunda pnevmoniya aşkarlanır. Risk qrupunda isə təkcə xroniki xəsətlikləri olanlar və yaşlılar deyil, kifayət qədər geniş kateqoriyada insanlar yer alır.

Nikolay Briko Rusiyada epidemiyanın pik dövrünün nə zaman gəlib çatacağını proqnozlaşdırmağın çətin olduğunu deyib. Onun sözlərinə görə, iri şəhərlərdə yoluxanlar daha çoxdur, çünki əhali sıxlığı burada rol oynayır. Digər tərəfdən koronavirus bir çox yollarla yayıla bilir və bu da virusdan qorunmağı çətinləşdirir. Bura hava-damcı yolu ilə yoluxmadan başqa şəxsi təmas, ərzaq məhsulları və su ilə yoluxma, virusun yer aldığı səthlərlə təmas və s. daxildir.

O qeyd edib ki, skrininq araşdırmalarının nəticələrinə əsasən Moskvada virusa yoluxanların sayı şəhər əhalisinin 2 faizini təşkil edir, yəni 250 min nəfərdən çoxdur. Qeyd edək ki, Rusiya üzrə təsdiqlənmiş yoluxma hallarının sayı 130 mindən yuxarıdır.

Akademik Briko deyib ki, infeksiyanın yayılması insanların sıx cəmləşdiyi yerlərdə, xəstəxanalarda, hərbi hissələrdə, yaşlılar evlərində və digər bu kimi məkanlarda daha sürətlə baş verir.

“Başa düşmək lazımdır ki, xəstəliyin ağırlıq dərəcəsi orqanizmə düşən virusun miqdarından və orqanizmin fərdi xüsusiyyətlərindən, onun infeksiyaya qarşı müqavimətindən asılıdır. Burada genetika və vaxtında həkimə müraciət etmək da az rol oynamır”,-akademik Briko bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər