Telefon danışıqlarını qeydə alan gizli proqram ortaya çıxdı: Ehtiyatlı olun

2086
“Android”lə çalışan smartfonlarda telefon danışıqlrarını icazəsiz qeydə alan “Troiut” adlı gizli tətbiq aşkar edilib.
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, həmin tətbiq fotolar və məkan məlumatını da əldə edərək kibercinayətkarlara yönləndirib.
Məlumata görə, tətbiq müxtəlif proqramlar vasitəsilə smartfonlara düşür və istifadəçinin xəbəri olmadan “Android” sistemində gizlənir.
“Troiut” daha çox Rusiya və İsraildə aşkar edilib.
Zərərli tətbiqdən qorunmaq üçün telefon tənzimlərini gözdən keçirmək, tətbiq verilən icazələri yoxlamaq lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər