Həkim Liza Skerli isə The Sun nəşrinə açıqlamasında bildirib ki, telefonla tualetə gəlmək onun mikroblara bulaşması riskini artırır
Həkim Sara Carvis tualetə gedərkən, telefonakı tətbiqlərdən istifadə etməməyi məsləhət görüb.
O, qeyd edib ki, hemoroid problemi Britaniyada çox yayılıb və insanlar “səssizcə əziyyət çəkirlər”. Onun sözlərinə görə, orta hesabla hər 4 yetkin britaniyalıdan biri qəbizliklə üzləşir.
Həkim deyib ki, əvvəllər insanlar tualaetə gedən özləri ilə yaxşı kitab götürərdilər. İndi bunu smartfonlar əvəz edib. O, əlavə edib ki, tualetə gedən zaman telefonu bağlamaq və ya başqa otaqda qoymaq lazımdır.
Həkim Liza Skerli isə The Sun nəşrinə açıqlamasında bildirib ki, telefonla tualetə gəlmək onun mikroblara bulaşması riskini artırır.
Onun sözlərinə görə, cihazda olan norovirusdan salmonellaya qədər hər şey sizə keçə bilər. Ancaq həkim hesab edir ki, insanlar bu vərdişlərindən əl çəkəcək. Həkim bununla bağlı bir neçə məsləhət də verib.
O bildirib ki, tualetdə olarkən telefonu sol əldə saxlamalı və əllərini yumadan heç nəyə toxunmamalıdırlar. Bu şərtlə mikrobların smartfona və ondan da insana keçmə riski azalmış olar.
Nəşrin yazdığına görə, britaniyalıların 57 faizi tualetdə telefondan mütəmadi olaraq istifadə edir. 8 faiz isə həmişə tualetə telefonla gedir.