Telefonunuza belə mesajlar gəlsə, ALDANMAYIN! (FOTO)

433

zərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 80 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.

Guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki, istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün blok olunur.

Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən nömrəyə 80 manat cərimə ödəməlidir. Cərimənin ödənilməsi üçün isə “E-manat”, “Easypay” ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.

“Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq-əməliyyat qrupu göndəriləcək”, – deyə xəbərdarlıqda bildirilir.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, belə dələduzluq halları tez-tez müşahidə edilir.

“Daxili İşlər Nazirliyinin adından göndərilən belə mesajlar həqiqətə uyğun deyil. Bütün belə mesajlar yalandır”, – deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması, izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər