Pərviz Şahüseynli
Söhbət açacağım mövzu barədə çox deyilib. Nə qədər haqqında deyilsə də, yenə bu mövzu günümüzə qədər öz aktuallıq dərəcəsini itirməyib. İstəyirəm bir az da mən deyim bu barədə. Əlqərəz, televiziyadan yazmaq istəyirəm. Məhz ona görə ki, çağrılmamış bu qonaqla təmasda olmaq hər birimizin alnımıza yazılıb və alın yazımız heç də ürəyimizcə deyil.
Gözümüz, ruhumuz, beynimiz və bir çox əzalarımız nə qədər yorulsa, yene televiziyadan vaz keçə bilmirik. Ən azından ona görə ki, istər informasiya baxımından olsun, istərsə də hər hansı bir film və ya verliş izləməkdə, televiziya digər alternativlərini hələlik üstələyir. Yumşaq kresloda əyləşib istədiyin kanalları bir düyməni basmaqla izləməyin ayrı ləzzəti var. Amma nədənsə Azərbaycan tamaşaçısı illərdir bu ləzzəti yerli telekanallardan layiq olduğu kimi ala bilmir.
Bir sual yaranır. Sualların ən asanı və ən populyarı .
-Niyə?- Niyəsini tapmaq asan məsələ olmasa da, məncə buna cəhd eləməyə dəyər.
Deyə bilərik ki, televiziya peşəsində kifayət qədər təcrübəmiz yoxdur. Demeyək. Yalan olar. Ən azından ona görə ki, artıq doğma AzTv kanalımızın saçlarına dən düşüb. Bir az araşdırma aparsaq, ölkəmizdə mövcud olan digər telekanalların da AzTv-nin törəmələri olduğu qənaətində gələrik. Baxmayaraq ki, müəyyən qədər televiziya tariximiz var, amma teleməkanımızda tamamilə quraqlıq,eyni rənglər, eyni bayağılıq hökm sürür. Bütün kanallarımız eyni avazda, eyni səsdə, eyni simadadırlar.
Təsəvvür edin ki, həftənin 1-ci günü axşam evə gəlib gərgin iş gününün yorğunluğunu canınızdan çıxartmaq istəyirsiniz. Təbii ki,seçim televiziya olacaqdır. Bunun üçün yumşaq divanınızda oturub pultun yaşıl düyməsini basırsınız. Başlayaq AzTv- dən. Saat təxminən 18:00 dur. Rus dilində Xəbərlər.
Eybi yox, dözün!
Xəbərləri bir təhər yola verəndən sonra hansı verilişin başlanmasını səbirsizliklə gözləyirsiniz və budur başladı.
18:20 –“ Sabaha doğru” verlişi.
Qəfil yerinizdən sıçrayırsınız. Bəlkə sizi qara basır. Bəlkə də yumşaq divanınızda yuxuya dalmısınız və səhərə yaxın ayılırsınız. Tez saatınıza baxırsınız .Divardakı saat 18:20-ni gostərir. Düşünürsünüz ki, yəqin bu saat işləmir. Telefona baxırsınız. Siz yanılmamısınız, saatınız düz işləyir. Sadəcə olaraq televiziyada proqram tərtibatı yanlışdır. Gecə saat ikidə efirdə məktəblilər üçün viktorina verlişi yayımlandığı halda, 18:20 də “Sabaha doğru” verlişinin nə qəribəliyi var ki?
Göstərdiyim bu kimi üzqızardan nümunələr saysız-hesabsızdır bu məkanda. İndi onları bir-bir sadalayıb təkrarçılıq eləmək niyyətində deyiləm. Onda AzTv-dən nə fərqim?
Görəsən geniş texniki imkanlara və kifayət qədər büdcəyə malik olan telekanal niyə keyfiyyətli və baxımlı verlişlər istehsal eliyə bilmir? Uzağa getmədən, qonşu dövlətlərin dovlət televiziyaları ilə müqayisədə arzuolunmaz vəziyyətdə olan telekanal, illərdir inkişafdan əməlli-başlı əziyyət çəkir. Bir vaxtlar keçirilən kadr islahatlarının kanalın inkişafı ilə bağlı olduğunu iddia etsələr də, hələ də ortalıqda bu inkişafı sübut edəcək nəticə mövcud deyil. Təkcə “manikür” inkişafdan başqa.
Gəlin bunun bariz nümunəsini görmək üçün AzTv- nin bir gün üçün nəzərdə tutulmuş verlişlərinin proqramına nəzər salaq. Bütövlükdə 63 adda olan verilişlərin “setkası” (bölgüsü) aşağıdakı kimidir.
29 dəfə Xəbər.
27 dəfə Musiqili verlişlər.
1 dəfə məktəblilərə aid verliş.
1 dəfə Ailə Həkimi.
1 dəfə “Mir” Dövlətlərarası Teleradio şirkətinin verlişi.
1 İdman.
3 Bədii film.
Diqqət edin!!! 24 saat yayımlanan telekanalın efir vaxtının 1 saat 55 dəqiqəsi xəbərə, 14 saat 30 dəqiqəsi musiqi və poeziyaya, yerdə qalan 7 saat 35 dəqiqəsi isə film və digər verlişlərə ayrılır. Alınan nətıcəni bir neçə xarici dövlələrin dövlət telekanallarının gündəlik proqramları ilə müqayisə eləsəm də bir uyğunluq tapmadım ki, tapmadım. Anlamaq olmur bu kanalın təyinatını. Musiqili şoudur, yoxsa dövlət kanalı. Amma hər halda bir sutkada 14 saat 30 dəqiqə musiqiyə ayrılırsa, təyinatını siz özünüz təyin edin. Necə deyərlər, sizə zəhmət.
İllərdir AzTv –nin ekranı boz olaraq qalmaqdadır. Nə qədər yeni əməkdaşlar, yeni simalar gəlsə də, kanal hələ də boz çərçivədən çıxa bilməyib. Çoxları bu barədə iradlarını dilə gətirəndə telekanal bu tənqidləri analiz eləyib, lazımlı nəticəyə gəlmək əvəzinə, həmən şəxsləri öz efirində “yıxıb –sürüməyi” daha məqsədəuyğun sayıb. Buna baxmayaraq bu böyük nöqsanlara tutulan iradlar davamlı gəlməkdədir. Tənbəllik və ya səriştəsizlik səbəbi ilə ortaya maraqlı və keyfiyyətli verlışlər çıxara bilməmək bir yana, efir vaxtını mənasız, öz aşırım dövrünü çoxdan başa vurmuş musiqi və filmlərlə doldurmaq televiziya sənətinə olan biganəlikdən başqa bir şey deyildir. Dünya telekanalları tamaşaçının gözünü yormamaq naminə, mütəmadi olaraq studiya dekorasiyalarını dəyişdiyi halda, sözügedən telekanalın dekorasiyası uzun illərdir mavi fondan hələ də çıxa bilməyib. Sanki bütün verlişlər eyni studiyada, eyni dekorasiyada, eyni mövzuda çəkilir. Lakin bunlara baxmayaraq AzTv öz sadiq tamaşaçılarını nəzərə alırmış kimi Sovetler birliyi dönəmində olan ampulasından hələ də çıxmayıb. Buna inanmaq üçün Xəbərlər proqramını izləsəniz kifayət edər. Sanki aparıcı dövlət televiziyasının ekranındadır deyə, həddindən artıq ciddi simalı, sovet dönəmindən qalma intonasiyalı, çatdırdığı xəbərin məzmunu və ictimai yükünün fərqinə varmadan bütün xəbərləri eynilə inkebator sayağı çatdırmalıdır.
Verlişlərə gəlincə, yenə də əski sovet dönəmində olduğu kimi. Qeybdən gələn bir səs kimi qorxulu, qalın, zəhimli səs yenə də eyni ahənglə təqdim edir: ”Çıxış edir filan titullu, filan mükafatlı, filan ordenin sahibi filankəs”. Bu cür təqdimatlar inanın ki, başqa ölkələrin telearxivində neçə illərdir səslı eksponat kimi saxlanıldığı halda, bizdə hələ də efirlərdən eşidilməkdədir.
Müharibə şəraitində yaşayan bir dövləti təmsil edən telekanal, müharibə və torpaqlarımızın işğalda olma amilini daima diqqətdə saxlamalı, gündəlik efir vaxtının ən azı 2-3 saatını müxtəlif verlişlər çərçivəsində vətənpərvərlik və hərbi təbliğata ayırmalıdır. Lakin təəssüflər olsun ki, yuxarıda nəzər saldığımız teleproqramda bu qəbildən olan verilişlərin bir dənə də osun nümunəsinə rast gələ bilmədik.Bu yerdə də müdrüklərin bir cümləlik fikri mənim bu qədər yazdıqlarımı üstələdi-“Qozbelı qəbir düzəldər”.
Cəmiyyətin formalaşmasında və güclü təbligatda əvəzolunmaz imkanlara malik olan televiziyalarımız öz funksiyasını yerinə yetirə bilmədiyi halda, xarici telekanallar bu vəzifənin öhdəsindən məharətlə gələrək evlərimizə soxulmağı bacarıblar.Necə deyərlər,”Yeməyənin payıni yeyərlər” prinsipi bu gün açıq aşkar göz önümüzdədir.Bəlkə ölkə əhalimizin sayı nisbətində, evlərimizin damında olan peyk antennaların sayına görə dünyada ön sıralardan birində qərarlaşmışıq. Bu arzuolunmaz statistik nəticəni aradan qaldırmaq üçün gülünc tədbirlər görülməyə başladı.
1.Teleməkanmızın keyfiyyətini artırmaq və tamaşaçını öz auditoriyamıza qaytarmaq əvəzinə, peyk antennalarının qadağan olunmasını gündəmə gətirildi.
2.Telekanallarda yayımlanan əcnəbi serial və cizgi filmləri bərbad halda dublyaj edilərək tamaşaçı tərəfindən qəbulolunmaz hala salındı.
3.Müstəqil telekanalların reklam bazarından daha çox pay alma və konkret fərdlərdən daha çox maddi vəsait əldə etmə istəkləri, istehsal olunan verlişlərdə kütlənin deyil, sadəcə yuxarıda qeyd etdiyim obyektlərin zövq və rəyləri nəzərə alındı.
4.Bütün telekanallarımız yaradıcı qabiliyyətsizlik nümayiş etdirərək öz beyin məhsullarını deyil, xarici telekanallardan kopya etdikləri verilişlərlə yayıma qatıldılar. Hətta bu “oğurluq” uğrunda qızğın mübarizəyə də qatıldılar. Sanki “birinci mən oğurlamışam” deyərək.
Telekanallarımızı bu biabırçı vəziyyətdən qurtarmaq üşün bəlkə hərəmiz bir təklif verək?! AzTv mənim, qalanı sizin olsun əziz oxucular.
Mən telekanal rəhbərliyindən xahiş edəcəm ki, proqrama saldıqları “Günorta musiqisi” verlişi əvəzinə Qarabağ və vətənpərvərlik mövzusuna da verliş göstərsinlər.
ARDI VAR…
Yarali yere toxunmusan qardash, qeleminine ve eline sagliq.Xarici telekanakkara baxanda ozumuzden utaniriq ki biz de niye bele peshekarliq yoxdur