Pərviz Şahüseynli.
Həmçinin onu da istəyəcəm ki, heç olmasa tamaşaçının ruhuna yaxın verlişlər istehsal eləsinlər. Xarici ölkələrin təcrübəsindən yararlansınlar. Dədələrimiz demişkən “Bilməyib öyrənmək eyib deyil. Bilməyib öyrənməmək ayıbdır” Əlbəttə ki, bütün bunları Qapalı Səhmdar Cəmiyyətin qapalı qapılarından, və ya Berlin divarını xatırladan hündür divarlarından aşa bilsəm deyəcəm.
MDB məkanında ilk müstəqil telekanal, dəqiq və qərəzsiz xəbər, peşəkar kontingent, ölkə teleməkanının məktəbi kimi pafoslu iddialarla çıxış edən ANS telekanalı isə bu gün reytinqi ilə yanaşı az-çox mövcud olan tamaşaçısını da itirməkdədir. Bayağı verlişləri ilə efirini “bəzəyən” bu kanal kəkələyən , estetik parametrleri efir kriteriyalarına uygun olmayan aparıcılarla yanaşı, əndrabadi titrləri ilə də gündəmi özünə güldürməkdədir.Vəziyyət o həddə gəlib çatıb ki “You Tube” –də “prikol” axtarışıedən zaman ilk növbədə ANS özünü yetirir. Budurmu görəsən teleməktəb göstəricisi?! Bir neçə faktı qeyd edə bilərəm. “Xəbərçi” –nin Ketrin Eştonla bağlı olan süjetində, Ketrin Eştonun şəkili üzərində belə bir titr yazılmışdı-Kətrin Əşton , Pussycat Dolls – Pussikət Dols, Britney Spears-Brintni Spiərs, Pink- fucking perfect isə-Pink fökin pörfect kimi tərcümə edilərək yazılmışdır. Beləliklə ANS-in təbirincə desək, sən demə Dmitri Medvedev –bu kanalın efirində Dmitri Ayıyev olmalıdır. Bu kimi “nümunələr “ kifayət qədərdir.
“De gəlsin” -in Yusifi, “Toylar Kralı” və “Toylar Kraliçası”-nın Əli Mirəliyevi, “Toy Olsun”-un “nümunəvi” Elgiz və Ulvirası, ahıllara və onların lideri Nəriman kişiyə hər verilişdə disco musiqiləri dingildədən “Günəbaxanın” İlqarı və.s. Məncə bu verliş və simalar haqda bir az da yazsam həm sizin, həm də öz vaxtımı boş yerə sərf etmiş olaram. Allah “NO COMMENT” sözünü icad edənin yeddi arxa dönəninə rəhmət eləsin. Onsuzda bu ölkədə tamaşaçı rəyinə məhəl qoyan yoxdur .Tamaşaçı sms-indən başqa. Yaxşı deyiblər: “Sən saydığını say, gör biz sms-ləri necə sayırıq”
Yazının bu yerində digər kanalların üzərindən bir-iki ümumiləşmiş cümlələrlə keçmək istəsəm da , “Ən baxımlı”, “Ən sevimli” ,“Lider” və “İTV” kanallarında çalışan dostlarımın incik simaları gəldi göz onümə. Sanki onlara qarşı ayrıseçkilik edirəm deyə qınayırlar məni.
Vallahi ay dostlar, utanıram yazmağa. Daha doğrusu artıq ictimai səviyyəyə uyğun sözlər, cümlələr tapa bilmirəm. Sanki tükəniblər.
Nədən yazım?
Mental dəyərlərimizi geridəqalmışlıq kimi təbliğ edən,qadın qarderoblarını efirdə nümayiş etdirən , ucuz şou naminə min-bir hoqqa çıxaran telekanallardan çox yazılıb axı.
Bu sadəcə dəhşətdir. Hələ regional telekanallarda olan biabırçılıqdan yazmaq tamamilə başqa bir günün və mövzunun işidir.
Mən tanıdığım Azərbaycan gəncliyi və yaradıcı insanı bu gün meydanda gorünmür nədənsə. İntellekt yüklü insanlarımızın bu gün efirlerde görünməməsi nəticə etibarı ilə teleməkanımızın bu imicinin formalaşması ilə nəticələnib. Bu amillə yanaşı, bu gün ölkəmizdə bu sahədə rəqabət də yox dərəcəsindədir. Bu da öz növbəsində inkişaf mexanizmini sıradan çıxararaq yerindəsayma və geriləmə ilə müşaiyət olunur.
Nəticə etibarilə, telekanallar az vəsait xərcləməklə, mənasız və bayağı verilişlərlə efir vaxtını doldurub daha çox qazanırlar.Yeni telekanalların açılmaması və reklam bazarına daxil ola bilməməsi mövcud telekanallarda bir növ arxayınçılığıına səbəb yaradır ki, bu da mənfi amil kimi inkişafa mane olan səbəblərdən birinə çevrilərək rəqabət həvəsi tamamilə azaldır.
Misal üçün göstərə bilərəm ki, Rusiyanın Krosnayarsk vilayətində cəmisi üç milyona yaxın əhali yaşamasına baxmayaraq, bu regionda tamaşaçının ixtiyarına 24 saat yayımlanan yeddi telekanal verilmişdir. Telekanalların proqramları isə təkrarsız və rəngarəngdir. Elə bu səbəbdən də, Azərbaycandan fərqli olaraq orada evlərin damını peyk antenaları bəzəmir. Bu isə o deməkdir ki, yerli telekanallardan izlədikləri verlişlər onları tamamilə “doyuzdurur” və xarici televiziyaları izləməyə ehtiyac qalmır. Krosnayarsk diyarında peyk vasitəsilə xarici telekanal izləyən az sayda tamaşaçı tapmaq olar ki, onların da bəziləri orada yaşayan soydaşlarımızdır. Həvəslə doğma kanallarının rifahını gözləyirlər. Hətta illərdir ki gözləyrlər .
Amma öz ölkəmizdə yerli kanallarımızdan ümidini üzüb, axtardığını xarici telekanallarda tapanlar daha çoxdur.
Yaşadıqları yaradıcılıq böhranına isə yerli televiziyalarımız özünəməxsus cavabı var.
-“Bəyənmirsiniz baxmayın. Pult sizin əlinizdədir”.
Bu gülünc məntiqin elə özü kimi də cavabı var.
-Siz də gedin Mozambikdə tezlik tutun. Bəlkə burada zəbt elədiyiniz tezlik daha münasib və məhsuldar telekanalın ixtiyarına verilər.
Yerli telekanalların bu günkü bərbad durumda olması və yaşadığı tamaşaçı yoxsulluğunun səbəblərindən biri də Milli Teleradio Şurasının ya məhdud səlahiyyəti, ya qeyri peşəkarlığı, ya da qəbul etdiyi qərarların yanlışlığıdır. Bu üç səbəbdən ikisinin analizini sizin ixtiyarınıza buraxıb, üçüncüsü barədə bu fikirdəyəm ki, bir neçə il əvvəl yerli telekanallarda əcnəbi dilində yayımlanan verlişlərə və filmlərə qadağa qoyulması yerli teleauditoriyada olan tamaşaçını “qaçırtmaqla” nəticələndi. Fikrimcə dil məsələsini təkmilləşdirmək və qorumaq üçün diqqəti keyfiyyətli milli verlişlər və filmlər istehsalına yönəltmək lazım idi. Yerli dublyajımızın lazım olan səviyyədə və tələb olunan standartlara uyğun olmaması, onsuz da az olan tamaşaçı kütləsini yerli kanallardan bir az da uzaqlaşdırdı. Balacaların təyyarəyə “uçak”, ataya “baba”, müəllimə “öyrətmən “ deməsi, böyüklərin isə yaşadıqları ailə-məişət problemləri dolayısı ilə dublyajımızın və efirimizi zəbt edən əcnəbi serialların “əməyi” sayəsində gerçəkləşdi. Belə ki, cizgi filmlərinin bərbad dublyajı körpələrin türk telekanallarında yayımlanan cizgi filmlərinə üstünlük vermələrinə, böyüklərin isə izlədikləri teleserial qəhramanlarını öz həyatlarına daşıması mövcud problemlərin yaranmasına səbəb oldu.
Bu dəfə də yerli telekanallarımızi nə qədər cək-çevir eləsək də birini digərlərinə nümuna göstərə biləcək tapıntımız olmadı. Necə deyərlər- “biri , o birindən gözəl”.
Ümumiyyətlə fikrim heç də fərdləri və ya konkret obyektleri hədəfə almaq yox, sadəcə fikrimi sizinlə bölüşmək və diqqət bu məsələyə bir daha yönəltmək idi.
Sonda, bayaqdan beynimdə dolaşan “məni oxucularla bölüş”-deyə hayqıran, başıma gələn əhvalatı sizə nəql edim ki, bu qədər gərginlikdən sonra bir az təbəssüm qazanasınız.
Bir gün əcnəbi dostumla Amerika istehsalı olan filmin dilimizə dublyaj variantını izləməli oldum. Filmin o yeri idi ki, qızın sevgilisini öldürmüşdülər. Qız başını sevgilisinin sinəsinə qoyaraq, hönkür-hönkür ağlayırdı.Təsəvvür edin. Qızın ağlamağı da dublyaj olunmuşdur. Gülməkdən özümü saxlamaq üçün dişimi, dodağımı çeyniyirdim. Gözümün ucu ilə dostuma baxdım.Gözləri dolmuşdu. Hardasa bu dəqiqə ağlayacaqdı. Birdən qız ölmüş sevgilisini bizim sayaq, dil ilə ağlamağa başladı.
-Coni axı mən sənin elçilərini gözləyirdim.
Daha özümü saxlaya bilməyib bayaqdan içimdə boğub saxladığım gülüşü var gücümlə içimdən çıxartmalı oldum. Gülmək məni necə tutdusa, qəh-qəhəm otaqda əks səda verdi. Otaqda olan bəzi kişik əşyalar hətta azacıq tərpəndi də. Əcnəbi dostum mənə tərs-tərs baxıb məni duyğusal olmamağımda suçladı. Qaldım yana-yana. Ona nece deyə bilərdim ki, mən bu səhnəyə yox ee, dublyaja gülürəm.
-Qəribə xasiyyətim var, öz ayranımıza başqasının yanında turş deyə bilmirəm.
beli men Perviz beyin fikri ile tamamile raziyam ancaq bunu da qeyd etmeyi unutmayaq ki televiziya kanallarinda oturanlarin ekseriyyeti tanisliqla getdikleriucun yeni ixtisaslarinin pesakarlari olmadiqlari ucun bizim televiziya kanallarimiz bu gundedir.Men ozumden misal gosterim tehsilim xaricdedir,ixtisas bugalteriya ve audit,,rus,inglish,azeri,turk dilini bilirem,ofis proqramlarini bilirem ancaq gel ki ise goturmurler meni nedi nedi gurcustan vetendasiyam,her yere cv gondermisem,cagiriblar da imtahan vermisem neticelerim de super olub,ancaq vetendasliq yene de problem yaradib,savadli insanlarin yerine kursulerde savadsiz,herseyden bixeber insanlar eylesir bu haqsizliqdir eyer bir etiraziniz varsa 055-941-48-64 yiga bilersiniz butun suallara cavab vermeye haziram.
Eshq olsun!
Qelemin iti olsun!
Tam xalqin demek istediyini yazmisan!