Temperatur 10 dərəcə aşağı düşəcək – Xəbərdarlıq

694

Azərbaycanda hava şəraiti yenidən dəyişiləcək.

“Qafqazinfo” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, aprelin 21-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Bir neçə gün davam edən isti, yağmursuz hava şəraitindən sonra aprelin 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında, 22-dən 25-i gündüzədək isə əksər rayonlarda havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Aprelin 21-i axşam və 22-də bəzi qərb rayonlarında dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi aprelin 21-23-də arabir 15-20 m/s, 21-də ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər